|
Guney Azərbaycanda tanınmış şair və jurnalisti İbrahim Rəşidi nəzarət altına alınıb
|
|
|
Vətəndaş Həmrəyliyi- Savalan təxəllüsü ilə tanınan və Əsli Xiyavdan (Meşkinşəhr) olan İbrahim Rəşidi Urmiyə Universitetinin məzunu, mexanik mühəndisdir. O, eyni zamanda Azərbaycan dilində dərc edilən «Ulduz» jurnalının redaktoru, «Bulud» jurnalının baş yazarı, «Oyanış» və «Baxış» jurnallarının redaksiya heyətinin üzvü olub. Azərbaycanlıların milli və mədəni haqlarını müdafiə edən yazıçı 2005-ci ilin mayında Babək (Bəzz) qalasına yürüşün və İranda keçirilən prezident seçkisinin boykot edilməsinin təbliği ittihamı ilə həbs olunub, 16 gün «Evin» həbsxanasında saxlanıb. Rəşidi 2006-cı il mayın 31-də yenidən nəzarət altına alınıb, 68 gün həbsdə saxlandıqdan sonra zaminə buraxılıb. O, həbsinin əsas hissəsini təkadamlıq kamerada keçirdiyini bildirib. 2007-ci il avqustun 10-da çıxarılan məhkəmə hökmünə əsasən isə İran hökumətinə qarşı təbliğat, pantürkizm və əhalini qeyri-qanuni aksiyalarda iştiraka təşviq etməkdə günahlandırılan İbrahim Rəşidiyə beş ay həbs və 20 zərbə şallaq cəzası kəsilib. Apellyasiya məhkəməsi beş ay həbs cəzasını qüvvədə saxlasa da, 20 şallaq zərbəsini cərimə ilə əvəz edib.
|
|
پنجشنبه بیست و چهارم مرداد 1387 |
|
|
| |