|
Güneyli fəal həbsdən azad olunub
|
|
|
Güneyli fəal həbsdən azad olunub
Güney Azərbaycan Milli Hərəkatının fəalı İbrahim Rəşidi (Savalan) həbsdən azad edilib. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən daxil olan məlumata görə, İ. Rəşidi 5 ay həbs cəzasını çəkdikdən və 500 min rial cərimə ödədikdən sonra sərbəst buraxılıb. Avqustun 5-dən Urmiya həbsxanasında saxlanılan İ. Rəşidi (Savalan) milli fəaliyyətinə görə ali təhsildən məhrum edilib, 2006-cı ilin may aksiyalarına qatıldığına görə, mayın 28-də Urmiya şəhərində həbs olunub, 68 gün təkadamlıq kamerada saxlanıldıqdan sonra 5 ay həbs və 20 şallaq cəzasına məhkum edilib. İbrahim Savalan fars rejiminə qarşı təbliğat aparmaqda, pantürkizm və qanunsuz aksiyalarda iştirakda günahlandırılıb. // APA |
|
جمعه هفدهم آبان 1387 |
|
|
| |